İran

ƏRDƏBİLDƏ KORONAVİRUSA TUTULANLAR ÇOXALIB

Ərdəbil ustanının Tibb Elmləri Danişqahının rəisi Şəhram Həbibzadə çərşənbə günü ustanın Koronavirusla Mübarizə Qərargahının toplantısında çıxış edib. “Son 24 saatda əldə olunan labratuar nəticələrinə əsasən, Ərdəbil ustanında 33 yeni koronavirusa tutulma tapılıb. Ümumilikdə bu günədək Covid19-a tutulanların sayı 2925 nəfərə çatıb”, – deyə bildirib.
“Bunlardan indiyə qədər 2010 nəfər tam sağalaraq mərizxanadan tərxis olunub. Ərdəbil tibb mərkəzlərində müalicə alan 99 nəfərdən 34-ü xüsusi kontrol altında tutulurlar”, – deyə əlavə edib.
Ərdəbil ustanının Tibb Elmləri Danışqahının rəisinin sözlərinə görə, son 24 saatda Ərdəbil ustanında koronavirusdan bir nəfər ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button