Azərbaycan

İsrail səfiri təbrizli fotojurnalist Rza Diqqətini təbrik edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik təbrizli fotojurnalist Rza Diqqətini ad günü münasibətilə təbrik edib.

“Bəşəriyyətin və sənətin canlı əfsanəsi Rza Diqqəti, ad günün mübarək.
Bu gün o, öz təcrübələrindən, nəşr etdirdiyi 30-dan çox kitabdan və daha ədalətli dünyaya olan həvəsindən danışdı. Doğma şəhəri Təbrizin bəzi sirli nağıllarından da danışdı. Doğum günün mübarək, əziz Rza!”-deyə, Dikin mesajında qeyd olunub.

Bununla yanaşı iyulun 26-da Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqətinin Heydər Əliyev Mərkəzində 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan prezidentinin imzaladığı sərəncamla təbrizli sənətçi “Dostluq” ordeni ilə təltif edilib.

Rza Diqqəti 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Rza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb.

1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti il əməkdaşlığa başlayır və cəmiyyətin bir çox layihələrini həyata keçirib.

Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə “Webistan Foto” Agentliyinin əsasını qoyublar.

Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

Rza Diqqəti 20 yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini eləcə də şəhidlərini çəkməyə müvəffəq olub.

Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb.

Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.

Related Articles

Bir cavab yazın

Back to top button