
“Aznews tv”nın xəbərinə görə, Suriya hökumətinin rəsmi xəbər ajansı (SANA) bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri Suriyanın şimal-qərbində yerləşən Həma vilayətinin Məsyaf şəhəri ətrafında İsrailin “düşməm” hücumları ilə mübarizə aparıb və onlardan bir neçəsini vurub.
Sözügedən media hərbi mənbələrdən birinə istinadən qeyd edib ki, İsrail ordusu Livanın şimalımdan hava hücumlarına başlayıb və Suriyanın mərkəzi bölgəsindəki nöqtələri hədəf alıb. Sözügedən hərbi mənbə onu da bildirib ki, İsrailin hava hücumları bir sıra maddi xəsarətlərə səbəb olub.