Bölgə

İsrailin beşinci modifikasiyalı “Merkava” tankı sınaq üçün qoşunlara təhvil verilib

İsrail Müdafiə Qüvvələri (IDF) səhra sınaqları üçün “Merkava V” tankının yeni modifikasiyasını alıb.

Bu barədə “Army Recognition” məlumat yayıb.

Yeni tanklar ordunun 401-ci tank briqadasının 52-ci batalyonuna təhvil verilib.

“Merkava V” ən müasir tank əleyhinə raket sistemlərinə tab gətirə bilən və onun ətrafında “zərərsizləşdirici qabarcıq” yaradan “APS Trophy” aktiv mühafizə sistemi ilə təchiz edilib.

Bundan əlavə, “Merkava V” həm gündüz, həm də gecə rejimində 360 dərəcə hərtərəfli görünüşə malikdir. Döyüş sahəsinin təsviri komandirin 3D dəbilqəsində göstərilir, tanka dəyən zərər haqqında məlumat, hədəfi necə vurmaq və mərmi seçmək barədə tövsiyələr də oraya göndərilir.

Tank 1,5 min at gücünə malik mühərriklə təchiz edilib və sürəti 64 km/saata çata bilir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button