Dünya

İsrailin iki şəhərində həyəcan təbili çalındı: İran kiber hücum həyata keçirib?

İsrailin iki müxtəlif şəhərində həyəcan təbili çalınıb və dövlət rəsmiləri bunun İrana bağlı haker qrupları tərəfindən edildiyini düşünür.

Bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, gece saatlarında başlayan həyəcan təbilinin səsi Qüdsün qərbindəki bir sıra məhəllələrdə, o cümlədən Katamon, Talpiot və ölkənin bir sıra digər şəhərlərində eşidilib.

İsrailin mətbuat orqanları ilk olaraq, hadisənin səbəbini texniki nasazlıq olaraq göstərsə də, İsrail ordusuna aid radio iyunun 20-də həyəcan təbilinin sisteminə haker hücumunun olmasından şübhələnduklərini bildirib.

Radionun məlumatına görə, hakerlər milli müdafiə sisteminin mühüm hissəsi olan sistemi sındıraraq həyəcan təbillərini işə salmış ola bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button