Azərbaycan

Urmu gölünün 95 faizi quruyub

Qərbi Azərbaycan Böhran İdarəetmə Mərkəzinin başçısı Əmirabbas Cəfəri mediaya verdiyi açıqlamada Urmu gölünün 95 faizinin artıq quruduğunu deyib.

“Artıq 20 ildir ki, hər il orta hesabla Urmu gölündə su səviyyəsi 40 santimetr azaldığı üçün hazırda gölün 95 faizi yox olub”-deyə, o bildirib.

Qeyd edək ki, İran və yerli Ətraf Mühitin Mühafizəsi İdarəsi son həftələr Urmu gölündə su həcminin kəskin azalması, gölün sahəsinin kiçilməsi səbəbindən bu barədə statistika verməyi dayandırıblar.

Son günlər ekoloji problemin yenidən gündəmə gəlməsindən, Güney Azərbaycan şəhərlərində etraz aksiyalarına çağırış və bir sıra azərbaycanlı millət vəkillərinin parlamentdə məsələ qaldırmasından sonra bu Urmu gölü ilə bağlı verilən ilk rəsmi statistikadır.

Related Articles

Bir cavab yazın

Back to top button