İran

İsfahan zindanında komaya düşən siyasi fəal dünyasını dəyişib

"HRANA" xəbər ajansı İranda 2017-ci ilin dekabrında başlayan kütləvi xalq etirazları zamanı həbs edilən Mehdi Salehinin vəfat etdiyi barədə xəbər yayıb.

Edam cəzasına məhkum edilmiş siyasi fəal İsfahan zindanında olarkən bədəninə yanlış dərmanın yeridilməsi səbəbindən komaya düşüb və bir müddət sonra vəfat edib.

Salehinin ailəsinə yaxın şəxslərdən biri onun ölüm xəbərini təsdiqləyərək ölüm səbəbi ilə bağlı həbsxana rəhbərliyinin açıqlama vermədiyini bildirib. Sözügedən mənbə onu da bildirib ki, Salehinin zindan yoldaşlarının dediyinə görə, onun ölümü zindandakı sağlıq mərkəzinin yanlışından qaynaqlanıb, lakin zindan məmurları fəalınn ölümü ilə bağlı hələlik ailəsinə heç bir rəsmi məlumat verməyiblər.

Xatırladaq ki, Mehdi Salehi 2017-ci ilin dekbarında İranda baş verən kütləvi etirazlar zamanı həbs edilərək, “müharibə yaratma” və “asayişi pozma” ittihamları ilə 5 il həbs, daha sonra isə edam cəzasına məhkum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button