Bölgə

İstanbulda erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.

Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.

Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır. (report)

Related Articles

Bir cavab yazın

Back to top button