Dünya

İTALİYA AVROPA BİRLİYİNİ TƏRK ETMƏKLƏ TƏHDİD EDİR

İtaliyanın Baş vəziri Giuseppe Conte, “Avropa Birliyi çərçivəsində önəmli yollarının yaradılmasına səbəb olan ikitərəfli müqavilələri qəbul etmirik”, – deyir.

İtaliyanın baş vəziri bir müddət əvvəl Avropa Birliyinin təklif etdiyi bir turizm layihəsi üzündən bu birlikdən çıxa biləcəyini söyləyərək Avropa Birliyini hədələdi. Bu layihə ilə Avropa ölkələri arasında xüsusi yaşıl koridorlar yaratmaq planlaşdırılıb.
Təklif olunan plandakı turizm koridorları, korona dərəcələri aşağı olan və ya kəskin dərəcədə azalma göstərən ölkələr arasında qurulacaq və sərhədlər tam açılana qədər bu koridorda bir neçə seçilmiş istiqamətdə turist qəbul etməyə imkan veriləcək.
Giuseppe Conte bu layihəyə qarşı çıxıb və deyib ki, Avropa Birliyi çərçivəsində turizm istiqamətlərinə yol açan ikitərəfli müqavilələri qəbul etmirik
O, “ikitərəfli müqavilələrlə turizm üçün şərtlər qoyabilməzsiz. Əks təqdirdə Avropa Birliyini tərk edəcəyik. Biz bir zaman buna imkan verməyəcəyik”, – deyə əlavə edib.
Artiraq ki, turizm İtaliyanın qeyri safi tolidinin yüzdə 13-ni təşkil edir.
İtalyan bir qurumun hesabatına görə, koronavirus bu ilin sonuna qədər İtaliyanın turizm bəxşinə 120 milyard yuro zərər vuracaq. Hökuməti isə korona dövrü ərzində verdiyi 55 milyard yuro maliyyə dəstəyindən 5 milyard yuru turizm və mədəniyyətə dəstək üçün ayırmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button