Dünya

KORONOVİRUSDAN SONRA ÖLKƏNİN DURUMU DAHA DA PİSLƏŞƏ BİLƏR

Dövlətin ehmalkarlığı yeni bir faciəyə yol açacaq

Novruz Tətillərindən sonra İran-ın hər tərəfində korona virus tədbirləri azalmağa başladı. Prezident Həsən Ruhani Fərvərdinin 23-dən sonra rəsmən ölkənin tamamən açıldığını və heç bir məhdudiyyətin qalmadığını bildirdi. Beləliklə İran-ın hər tərəfində iş yerləri və bazarlar açıldı. Vəziyyət əvvəlki halına gəldi. Hətta bəzi mədrəslər şənbədən etibarən açılacaq.
İran-ın Radyo və televizyonu və umumiyyətlə bütün rəsanələri Korona virusunun yayılmasında birinci günahı millətdə görür. İran hakimiyyəti Korona böhranı başlayandan sonra təkcə bir dəfəlik yüzdə 4 faizlə bir milyon tümən ailə başı vam verib. Bu vamı almaq üçün millət xeyli əziyət çəkməli oldu. Öz adına bir telefon xətti almaq üçün saatlarla sırada gözlədi. İran kimi ölkədə bu bahalıq və pulun dəyərsizləşməsi ilə verilən pul millətin dərdinə dərman olmadı və təkcə ehtimali etirazların basdırılmasına səbəb oldu.
Dünyanın hər yerində ölkələr millətin evdə sağlam qalması üçün maddi yardım edirdi.İran hakimiyyət isə əmələn heç bir iş görmədi.
Bütün uzmanların nəzərinə görə İran-da qərəntinə rejimi hələ dəvam etməli idi. Ancaq milləti evdə saxlamaq üçün onların minimum maddi ehtiyacları da təmin olunsun gərək. Ölkədə milyonlarla insan gündəlik qazancını zorla qazanır. Tehran hakimiyyəti millətin iqtisadi səbəblərdən başlayabiləcək etirazlarından son dərəcə qorxur. Bir çox siyasətçinin son zamanlarda söylədiyi məsələlərdən biri də ehtimali etirazların şiddətə çəkilməsidir. Rejim minlərcə insanın Koronaya tutulmasını gözə almadadan iqtisadı ayaqda tutmağa çalışır. Ancaq təcrübə görsədir ki təhrimlər və İran iqtisadının köklü müşkülləri böhranı daha da dərinləşdirəcək.Təkrar xiyabanlarda etirazların şahidi olacagıq.

Related Articles

Bir cavab yazın

Back to top button