Azərbaycanİran

Kərəc zindanında məhkumun barmaqları kəsilib

Kərəc zindanında Seyid Məhəmməd Hüseyni adlı məhbusun barmaqlarının “gilyotin" cihazı ilə kəsilməsi hökmü icra edilib

Oğurluqda günahlandırılan məhkum Ərak zindanından Kərəc zindanına köçürülüb və onun barmaqlarının kəsilməsi cəzası vəkili və ailə üzvlərinə xəbər verilmədən həyata keçirilib.

Bununla yanaşı sentyabrın 9-da Tehranın Evin zindanında Murtəza Cəlili adlı məhbusun da eyni ittihama görə 4 barmağının kəsildiyi bildirilir.

Bundan öncə iyunun 10-da Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti İran məhkəmə sistemi tərəfindən çıxarılan hökmləri dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir.

Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button