Azərbaycan

“Traxtur” növbəti qələbəsini qazanıb

Premyer Futbol Liqasının altıncı həftəsində mübarizə aparan “Traxtur” və “Sənət Neft Abadan” komandaları arasında görüş sentyabrın 10-u, yerli vaxtla saat 17:00-də Təbrizin "Yadgari İmam" (Səhənd) stadionunda 35 minə yaxın tamaşaçının iştirakı ilə keçirilib.

Qurban Berdiyevin yetirmələri çoxlu imkanlar yaratsalar da, 90 dəqiqədə qol vura bilməyiblər və 90+2-ci dəqiqədə “Traxtur” hücumçusu Rza Əsadi komandasına qələbə qazandıran qolu rəqib komandanın qapısından keçirə bilib.

Bu qələbə ilə “Traxtur” 8 xal toplayaraq turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib, “Sənət Neft Abadan” isə 4 xalla on dördüncü pillədə qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button