İran

Reydə Fətəli Şahla bağlı abidəyə xətər yetirilib

Tehran əyalətinin Rey şəhərində Fətəli şahla ilgili daş oymalarına iranşəhr düşüncəli fərdlər tərəfindən ziyan vurulub. Belə ki, tarixi abidənin üzərinə qara rəngli boya səpilib. Bu barədə ordibehiştin 6-da Rey şəhərinin Fərhəngi Miras və Turizm İdarəsinin müdiri məlumat verib. O, hadisəni törədən fərdlərin kimliklərinin bəlli olmadığını söyləyib. Artırmalıyıq ki, ikinci Qacar Şahı Fətəli şahla ilgili bu təsvirlər Rey şəhərinin Çeşmə Əli divarında oyulub. Oymalarda Fətəli şahın Tavus taxtına oxşar bir taxt üzərində əyləşməsi və 16 oğlunun çevrəsinə düzülməsi görünür.

Related Articles

Bir cavab yazın

Back to top button