Dünyaİran

Keçmiş əfqanıstanlı siyasətçi: İranla Talibanı yaxınlaşdıran həm də uyuşdurucu ticarətidir

“Amerikanın Əfqanıstanla ilişkiləri İranla Vaşinqton arasındakı münasibətlərdən təsirlənəcək”, bu fikirləri Əfqanıstan Məclisi başqanının keçmiş ali müşaviri Bektaş Siyavuşi “İnternational Policy Digest” saytına yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, Amerikanın Əfqanıstana hücumundan sonra İran İslam Cümhuriyyəti ilə Taliban arasındakı ilişkilər köklü olaraq dəyişib və qədim barışmaz düşmənlər yaxın dosta çevriliblər.

1996-cı ildə hakimiyyətə gələn Talibanla Tehran arasında düşmənlik hökm sürürdü. Bu gərginlik 1998-ci ildə Taliban üzvlərinin İranın Məzari-Şərif şəhərindəki Baş Konsulluğuna hücum edib 11 iranlı diplomatı öldürməsi ilə nəticələndi. Buna cavab olaraq İran anti-Taliban qüvvələrə dəstəyini daha da artırdı.

Amerikanın Əfqanıstana hücumu və 2011-ci ildə Taliban rejimini devirməsindən sonra İran anti-Amerika fəaliyyətlərinə görə Talibanla yaxınlaşmağa başladı. Bundan sonra İran Əfqanıstanın mərkəzi hökuməti və Amerikaya qarşı döyüşməsi üçün qruplaşmanı lazım olan bütün maddi və nizami qaynaqlarla təmin etməyə başladı.

Bektaş Siyavuş əlavə edir ki, Amerika ilə düşmənlikdən savayı, İranla Talibanı dost edən amillərdən biri də uyuşdurucu maddələrin qaçaqmalçılığıdır. Siyasətçi bildirir ki, amerikalı məqamların sözlərinə əsasən, Sepahın “Qüds Qüvvələri” dünya miqyasında uyuşdurucu maddələrin qaçaqçılığı və satışı alanında Talibanla ortaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button