Dünya

Kiyevə raket zərbəsi nəticəsində ticarət mərkəzində yanğın olub, ölənlər var

Uraynanın paytaxtı Kiyevin Podolsk rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Yerli vaxtla saat 02:18-də (Bakı vaxtı ilə saat 04:18) yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1 500 kv.m olan yanğın lokallaşdırılıb. Hazırda yanğının tam söndürülməsi davam edir.

Dövlət Fövqəladə Hallar Xidməti qeyd edir ki, hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.

“4 nəfər hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Məlumat dəqiqləşdirilir”, – xilasedicilər bildirib.

Bu arada verilən məlumata görə, fevralın 24-dən Ukraynada davam edən müharibə nəticəsində 115 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında deyilir.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanə daha 140 azyaşlı yaralanıb.

Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın ümumilikdə 489 təhsil müəssisəsinə zərər vurulub, onlardan 69-u tamamilə məhv edilib.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub.

Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

 

Related Articles

Bir cavab yazın

Back to top button