Dünya

Ukrayna ordusu erməni hərbçiləri məhv edib

Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin heyətində bu ölkəyə qarşı döyüşən erməni hərbçiləri məhv edib.

Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, onlardan biri desantçı, 29 yaşlı Arman Kazaryandır. Ermənistanın diaspor fəallarından biri Ukraynadakı müharibə zamanı daha bir erməninin öldürüldüyünü xəbər veriblər. Lakin həmin şəxsin adı açıqlanmır.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub.

Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Qeyd edək ki, verilən məlumata görə. Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb.

“Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur”.

Bunu isə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər. “Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük”, – o əlavə edib.

Prezident Ofisinin rəhbərinin sözlərinə görə, Rusiyada hərbçilərə qarşı təzyiqlər başlayıb. O, bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlərə qarşı cəsarətsizlik və xarakter zəifliyi ittihamları irəli sürülür.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub.

Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button