Azərbaycan

“21 Azər Türküstana gedən yoldur.”

21 Azər (12 Dekabr) Mili Hkumətin qurulmasının ildönümü münasibəti ilə Təbrizdə poster paylanılıb.

Təbriz şəhərinin milli aktivistləri şəhərdə “21 Azər Bütöv Azərbaycana aparan və Türküstana gedən yoldur” cümləsi qeyd olunan posterlər yayıblar.

Aktivistlər böyük lider Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Firqəsinin Təbrizdə qurduğu Milli Hökumətin 12 Dekabr ildönümünü poster nəşr edərək alqışlayıblar.

Onlar həmçinin Quzey və Güneyin birləşməsi ilə bütöv Azərbaycanın və Türküstanın qurulmasına səbəb olacağını bildiriblər.

Tarixçə 

21 Azər Hərəkatı Məhəmməd Rza Şah Pəhləvi hakimiyyəti zamanı 1945-ci il sentyabrın 3-ü Təbrizdə Azərbaycan Demokrat Firqəsinin təsis olunması ilə başlayaraq Güney Azərbaycanda həmin ilin dekabr ayının 12-si milli hökumətin qurulması ilə nəticələnmişdir.

Şovinist Pəhləvi rejimi Milli Hökumətin 1 il ömrü ərzində islahatına və tətbiq etdiyi demokratiya prinsiplərinə, o cümlədən Azərbaycan dilində təhsil və kitbaların nəşr olunmasına dözməyərək 1946-cı ilin 12 dekabrında Azərbaycana qoşun yeridib hökuməti çökdürmüşdür.

Həmin qoşun yeritmə zamanı 20-25 min azərbaycanlı qətliam olunub.

Həmçinin Azərbaycan dilində dərsliklər və sair kitablar Tərbizdə yığışdırılıb od vurulmuşdur. Həmin vaxtdan fars hakimiyyəti “kitab yandıran” hakimiyyət kimi tanınır.

Keçmiş Pəhləvilər və hazırkı İran hakimiyyəti 1946-cı ilin 12 dekabr tarixini “Azərbaycanın Qurtarılması Günü”, Güney azərbaycanlılar isə 1945-cı ilin 12 dekabr tarixini Azərbaycanın Qurtulşu Günü kimi qeyd edirlər.

İran İslam Respublikası da təməlini Pəhləvilər sülaləsi qoymuş şovinist siyasətlərin davamçısı olaraq həmin strategiyanı hal hazırda Azərbaycana qarşı tətbiq edir.

Related Articles

Bir cavab yazın

Back to top button