Politics

Korona Qadınların Stadiona giriş yasağının yeni bəhanəsi

Bir ayrı məsələ də bu ki millət tərəfindən basqılar artınca bəzi siyasilər basqıdan qaçmaq üçün marağlı sözlər deməyə başladılar

Korona tədbirləri artıq neçə ildir ki həyatın bir parçası halinə gəlibdir. Hər nə qədər İranda çox diqqətə alınmasa da mask taxmanın zorunluluğu və çox sayıda insanın bir yerə yığışması kimi olaylar həyatın yeni quralları kimi olubdur. Bu dönəmdə sinemalar və Stadion kimi yerlər də aylarca bağlandı. Ancaq çox sayıda insanın Korona vaksəni vurdurduğundan sonra bağlanan yerlər açılmaya başlandı. Marağlı olan bu ki üstü örtülü Sinema salonları belə açılırkən Stadionlar hələ də var israrla bağlı tutulur. Bəhanə Korona diyilsə də Stadionların bağlı qalmasının səbəbi qadınların girişini yasaqlamaqdır.
Dünyada bəlkədə təkcə İranda olan bu yasağa görə qadınlara kişilərin oynandığı oyunları izləmə izni verilmir. Günümüzdə heç bir müsəlman ölkədə olmayan bu yasaq ancaq İranda var. Ancaq çox şeydə olduğu kimi məsələ sürətlə bir dini formadan çıxıb siyasiləşdi. Qadınların Stadionlara gəlməsi əslində İranda çox gec gündəmə gəldi. Bu qonuda Azərbaycanın Tiraxtur timinin tərəfdarları öndə gəldilər. Ta illər öncə Tiraxturçular qadınların da Stadiona gəlməsi üçün çağrışlar paylaşdılar. Ancaq polis izin verməyincə qadınlar ətraf təpələrdən Futbol oyununu izləmək zorunda qaldılar. Sonralar dəfələrcə Stadionlarda Tiraxtur tərəfdarları bu məsələyə etiraz edib, qadınların da içəriyə alınmalarını istədilər. Bu etirazlar sonralar Tehranda da səsləndirildi. Bir neçə səfər neçə qadının kişi sıfatıyla Stadiona girdiyi də sosyal medyada gündəm oldu. Polis hər səfərində Stadiona girməyə çalışan neçə qadını tutuqladı. Elə bunların birində Tehranın İstiqlal timinin bir tərəfdarı məsələyə etirazını özünü yandıraraq göstərib həyatını itirdi. Mavi Qız adı verilən o qadının olayından sonra nihayət dünya bu məsələyə həssaslaşdı. Beynəlxalq yerlərdə bu məsələnin üstündə durub etiraz edən əktivistlər nihayət İran hakimiyyətinin cəzalandırılmasını gündəmə gətirdilər. İranda da ən çox tərəfdarı olan idman alı olaraq bilinən Futboldakı olaylar daha da marağlı oldu. FİFA ciddi bir şəkildə İran hakimiyyətinin qadınların Stadiona girmə yasağının qaldırılmasını istədivə. FİFA qadınların oyunları izləmələrinə izin verilmədiyi halda hətta tamamən beynəlxalq oyunlardan uzaqlaşdıracaqlarını belə dedilər. Bu durum da Tehranı ciddi mənada qorxutdu.
Ancaq qorxunun əcələ faydası olmadı. Çünkü hər gün sosyal medyada insanlar qadınların nə üçün FİFA qərarına rəğmən Stadiona yol verilmədiyini soruşmaya başladı. İran da bu durumda korona tədbirlərini bəhanə edib bütün oyunların hələ də tərəfdarsız oynanmasına qərar verdi.
Bir ayrı məsələ də bu ki millət tərəfindən basqılar artınca bəzi siyasilər basqıdan qaçmaq üçün marağlı sözlər deməyə başladılar. İran Məclisinin Kültürəl Komisyonu Üyəsi Hüseyn Cəlali qadınların Stadionlara girmələriylə bir başa Əli Xamneyi qarşı çıxdığını açıqladı.
Bundan öncə də 1385-ci ildə Əhmədinejad zamanında qadınların da kişilər kimi bu haqdan faydalanmaları gündəmə gəldi ancaq o zaman Məkarem Şirazi və Misbah Yəzdi kimin dini mərcələr(olduğu kimi oxunsun) bu işə qarşı gəldilər. Marağlı o ki bu günlərdə demokrat pozu verən İslahatçılar da qadınların Stadionlara girməsinə qarşı çıxdılar və beləliklə qadınlar yenə toplumdan silindilər.
Qadınların giyinmə azadlığından toplumdakı bu tərz haqlarına qədər İranda hakimiyyətin zorla dirəndiyi qonuların biridir. İllərdir ki toplumun yarısı inadla belə ayrı seçkiliklərə məruz qalırlar və bütün radikal düşüncələrin başında da Əli Xamneyi gəlir. Ancaq elə azadlıq üçün ən cəsur savaşanlar da yenə qadınlardılar. Özəlliklə son illərdə qadınların zorunlu İslami Hicama qarşı verdiyi mücadilə bəlkə də hakimiyyətin ən qorxduğu kabuslardan biridir.

Related Articles

Bir cavab yazın

Back to top button