İran

KORONAVİRUSA TUTULANLARIN SON AMARI

Son 24 saatda İranda daha 78 koronavirus mərizi ölüb, ölkədə virus yayılandan bu yana ümumilikdə 6418 nəfər canını itirib.
Behdaşt Vəzirliyinin sözçüsü, “indiyədək ölkədə 101,650 nəfər koronavirusuna tutulub və son 24 saatda 78 nəfərin ölümü ilə ölkədə koronadan ölənlərin sayı 6 418-ə çatıb”, – deyə bildirib.
Əsre-İran saytının verdiyi bilgiyə görə, Kiyanuş Cahanpur çərşənbə günü ölkədə koronavirusa tutulan və ölənlərlə bağlı son amar barədə bildirib: “Son 24 saatda bu ordibeheştin 17-i günortaya qədər labratuarların və Tibb Elmləri Danişqahlarının məlumatına əsasən, ölkədə Covid-19-a tutulan 1680 yeni məriz aşkar edilib və yeni tutulmalar nəzərə alaraq, ölkədə Covid-19 mərizlərinin ümumi sayı 101,650-ə çatıb”.
Behdaşt Vəzirliyinin Ümumi Rəvabit və Məlumat Mərkəzinin rəisi daha sonra deyib: “Son 24 saatda ölkədə Covid-19-a tutulub daha 78 şəxs canını itirib və ölkədə bu mərizliyin yayıldığından bəri 6418 nəfər ölüblər”.
Cahanpurun sözlərinə görə, bu məlumatlara əsasən, indiyədək ölkədə koronavirusa tutulan 81.587 nəfər sağalaraq mərizxanadan tərxis olublar ki, bu da mərizlərin təqribən yüzdə 80-i deməkdir.
Bu mərizlərin 2735 nəfəri də vəziyyəti ağırdır və onlar kontrol altında tutulurlar.
“İndiyə qədər ölkədə 126 labratuarda 531 275 Covid-19 testi aparılıb”, – deyib.

Related Articles

Bir cavab yazın

Back to top button