Azərbaycan

Koronavirusa yoluxan siyasi məhbusun Ruzbeh Pirinin sağlıq durumu ağırlaşıb

Təbriz zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin səhhəti ağırlaşıb. Fevralın 28-də ailəsi ilə qısa telefon danışığı zamanı o, koronavirusa yoluxduğunu və sağlıq durumunun yaxşı olmadığını bildirib.

Siyasi məhbusun qardaşı milli-mədəni fəal Yaşar Piri özünün sosial media səhifəsində paylaşım edib və İran hökumətinin məhbusların, özəlliklə siyasi məhbusların taleinə önəm vermədiyini qeyd edib.

O, məsələ ilə bağlı açıq məktub yazaraq siyasi məhbusların başqa cinayətlərdə ittiham olunmuş məhkumlarla bir yerdə saxlanılmasının qanuna zidd olduğunu deyib.

Yaşar Piri qardaşı Ruzbeh bəyin sağlıq durumunun ağır olduğu üçün onun tibbi məzuniyyətə buraxılmasını istəyib.

“Qardaşımın xəstəliyi ilə əlaqədar geri dönməz və təhlükəli fəsadların yaranma ehtimalı var”-deyə, zindan məsullarına xəbərdarlıq edib.

Yaşar Piri baş verə biləcək hər hansı xoşagəlməz hadisənin məsuliyyətinin məhkəmə və zindan məsulları üzərinə üşdüyünü xatırladıb.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

Related Articles

Bir cavab yazın

Back to top button