İdman

Təbriz klubundan növbəti uğur: “Traxtur” “Sepahan”ın qarşısını kəsdi

Futbol üzrə İran Premyer Liqasının 20-ci həftəsinin yarışları çərçivəsində Təbrizin "Traxtur-Azərbaycan" klubu İsfahanın “Sepahan” komandası ilə qarşılaşıb.

Fevralın 28-də Təbrizin “Bonyan Dizel” stadionunda baş tutan gərgin oyun 2-2 hesabı ilə sona çatıb.

Uzun müddətdir böhran yaşayan və bu qarşılaşmada baş məşqçi olmadan meydana çıxan “Traxtur”un oyunu idman şərhçiləri tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan və İsfahan klublarının qarşılaşması idman mediasında “”Traxtur “Sepahan”ın irəliləməsinin qarşısını aldı” başlığı ilə yayımlanıb.

Uzun zamandır böhran yaşayan və bu oyunda baş məşqçisiz meydana çıxan Azərbaycan klubunun sərgilədiyi oyun azərbaycanlı tərəfdarlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, fevralın 25-də “Traxtur” klubunun xorvatiyalı baş məşqçisi Zvonimir Soldo işindən uzaqlaşdırılıb və yaxın günlərdə türkiyəli baş məşqçi Ərtoğrul Sağlam klub rəhbərliyini öz üzərinə götürəcək.

Related Articles

Bir cavab yazın

Back to top button