İran

KORONOVİRUSLA BAĞLI SON MƏLUMAT AÇIQLANDI

Ötən 24 saat ərzində Korona-Virus səbəbindən 63 nəfər həyatını itirib. Sağlamlıq vizarətinin sözçüsü Kiyanuş Cəhanpurun məlumatına görə COVİD-19 dan ölənlərin sayı 7797 nəfərə çatıb. Gün ərzində 2516 nəfər virusa tutulub. İndiyə kimi bu mərizliyə tutulanların sayı 151 min 466 nəfər olub.
Virusa yeni tutulanlardan 511 nəfər mərizxanaya yerləşdirilib .2005 nəfərə isə telefon bağlantısı ilə təşxis verilib.
Cəhanpurun dediyinə əsasən indiyə kimi 118 min 848 nəfər sağalıb. 2527 nəfərin vəziyyəti ağır olduğu üçün özəl bölümə köçürülüb. Ölkədə 935 min 849 nəfərdən Korona testi alınıb.
Sağlamlıq vizarətinin sözçüsü Şərqi və Qərbi Azərbaycan, İsfəhan, Loristan, Kirmanşah, Bəluçistan, Hormozqan ustanlarında durumunun xətərli həddində olduğunu bildirib

Related Articles

Bir cavab yazın

Back to top button