Dünya

Lubnan Baş vəziri: “Hizbullah”ın İrandan yanacaq tədarük etməsi Lubnanın milli hakimiyyətinin pozulmasıdır

Lubnan Baş vəziri Nəcib Mi:qati, “Hizbullah” qrupunun İrandan yanacaq tədarükünün “Lubnanın milli hakimiyyətinin pozulması” demək olduğunu bildirib.

O, verdiyi müsahibədə “Lubnanın milli hakimiyyətinin pozulması məni narahat edir” deyib.

İranın dəstəklədiyi Lubnanın Hizbullah qrupu Suriya üzərindən göndərilən İrana aid dizel yanacağını daşıyan təxminən 70-80 maşın karvanını cümə axşamı günü Lubnana varid edib. Hizbullah bu addımı böhrandan əziyyət çəkən Lubnanda enerji böhranının həllinə yardım etmək üçün atdığını bildirir.

Bildirək ki, bundan öncə Lubnanın Enerji vəzirliyinin yüksək vəzifəli nümayəndəsi deyib ki, dövlətin İranın ölkəsinə yanacaq varid etməsi ilə bağlı heç bir bilgisi yoxdur və heç kim bununla bağlı icazə üçün müraciət etməyib.

İran və Suriya hər ikisi Amerika tərəfindən təhrim olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button