İran

Məsud Müsahibin həbs müddəti bəlli oldu

İran və Otriş Dostluq Əncümənin baş dəbiri Məsud Müsahib casusluq ittihamı ilə 10 il zindan cəzasına məhkum edilib. Bu barədə murdad ayının 21-də məhkəmə Qüvvəsinin sözçüsü Qulamhüseyn İsmayili məlumat verib. Bildirilib ki, birinci dərəcəli məhkəmə vəkili Şahram Şirxani üçün də həmin ittihamla hökm çıxarılıb. Məsud Müsahib Mosadın Alman üçün casusluq etdiyi deyilib. Məlumata görə, 72 yaşlı Məsud Müsahib həm Otriş, həm də İran vətəndaşıdır. O, ötən ilin deyindən Evin Zindanında saxlanılır. Qeyd edəki ki, Med Astron Şirkətinin danişqah və təhqiqatçılarının bir qrupu İrana səfər edərkən tutuqlanıb. İsmayilinin sözlərinə görə, zindana salınmış vəkil Şahram Şirxani Britaniyaya casusluq edib. O, Mərkəzi, Milli Bankın və Difa Vizarətinin qərardadları barədə bilgiləri düşmənə ötürüb. Xarici işlər Vizarətində, sənaye, enerji şirkətlərində, Difa Vizarətində və Atom Enerjisi Sazimanında 5 nəfər də casusluq ittihamı ilə tutuqlanıb. Amma bu barədə ayrıntılar açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button