İran

MƏDƏNİ FƏAL 1 İL HƏBSƏ MƏHKUM EDİLİB

Verilmiş ittilaata görə türk mədəni fəalı Qulam Quluzadə 29 Ordibehişt tarixində önə çıxarılmış hökmün icra olunması üçün özünü dadqaha tanıtdırıb.
Cənab Quluzadə 98-ci ilin Mehr ayının yeddisində qazi Rza Nəcəfzadənin sədrliyi ilə Urmu şəhəri İnqilab Dadqahının 3-cü Şöbəsi tərəfindən “nizamı və sistemi danan və tabe olmayan quruhlara üzvlük” ittihamı ilə 5 ilədək həbsə məhkum olunub.
Bildirək ki, İranın əmniyyəti məmuları 97-ci ilin Tir ayının on dördü tarxində Qulam Quluzadəni Kəleybər şəhərində Babək Qalasına Yürüş Mərasimi keçirilən zaman tutulub.
Əmniyyət məmurları onu tutarkən döyərək təhqir ediblər. tibb mərkəzde 1 gün saxlanıldıqdan sonra Urmu şəhərinin Mərkəzi Zinanına köçürülüb.
Qərbi Azərbaycan Ustanının Təcdidnəzər Dadqahı bir müddət əvvəl bildirib ki, “onun keyfəri sabiqəsi olmadığına görə dadqah Keyfəri Dadrəsi Qanunun 455-ci maddəsinin Əlif bəndinə və 459-cu maddəsinə istinadən ona keyfərin azaldılmasına müstəhəq bilərək həbs müddətini 1 ilə endirir və onun etirazını rədd edərək çıxarılmış təcdidnəzər dadnaməsini təyid edir və bildirir ki, sadir olunmuş rəy qətidir”.

Related Articles

Bir cavab yazın

Back to top button