Azərbaycan

XƏZƏR DƏNİZİNDƏ SUYUN SƏTHİ AŞAĞI DÜŞÜB

Xəzər Dənizinin su səthi son 30 ildə ən aşağı mizana düşüb.
Volqa Çayının Xəzər Dənizinə illik tökülən ortalama su miqdarı 240 milyard metrmükəəb hüdudundadır və çayların illik ümumi su mizanı 300 milyard metr mükəbdir. Kür, Ural, Terek, Qızıl Üzən, Həraz çaylarından Xəzər Dənizinə toplam 34 milyard metr mükəəb su tökülür.
Dənizin su səthi, 1995-ci ildən azalmağa başlayıb və 2019-cu ildə son 30 ildə ən aşağı mizana enib.
2019-cu ildə su tərazının ortalama miqdarı 2018-ci il ilə müqayisədə 13 sm azalaraq -27.18 metrə çatıb. Bu dənizin çay suyunun böyük hissəsini təmin edən Volqa Çayından suyun tökülmə mizanı 2019-cu ildə yüzdə 22 azalıb və bu su tərazının azalma nədənlərindən biri hesab olunur. Çaylardan tökülən suların həcmi Xəzərin su balansında çox mühümm şaxis hesab olunur. Xəzər Dənizi üzrə Öyrənmələr və Təhqiqat Milli Mərkəzinin məlumatına görə buxarlanma və su səthinin istiliyinin xüsusən son illərdə coxalması su tərazına mənfi təsiri edib.

Related Articles

Bir cavab yazın

Back to top button