İran

YATAQXANALAR ÖYRƏNCİLƏRİ QƏBUL ETMƏYƏ HAZIRLAŞIR

17 xurdad tarixində danişqahların açılması ilə birlikdə öyrənci yataqxanaların da açılacağı planlaşdırılır. Lakin məsulların da dediyi kimi “yataqxanalar bu günün şərtlərinə uyğun olaraq hazırlanmayıb. Öyrənci yataqxanalarının normal şəraiti və qurğuları yoxdur. Koronavirus böhranı kimi vəziyyətlərdə bu məkanların vəziyyəti daha da ağırlaşır.

Ülum vəzirinin müavini və və Öyrənci İşləri Təşkilatının rəisi Müctaba Siddiqi çərşənbə axşamı İRNA-ya verdiyi müsahibədə bildirib ki, “Yataqxanalar sağlamlıq protokolları və sosial məsafə şərtlərinə əməl etməldiir. Otaqlarda qalanların sayı ən azı bir nəfərə qədər azalmalıdır.”

O əlavə edib ki, “Danişqahlar öyrəncilərə sağlamlıq paketləri, o cümlədən ziddi-üfuni maddələr və masklar verəcək. Mütamadi olaraq sağlamlıq müayinəsi keçəcəklər.”
“Danişqahlarda zəruri olmadıqca heç bir bina yemək üçün istifadə olunmayacaq, lazım olsa yeməklər qablaşdırılacaq və restoranda verilməyəcək.”
“Keçən ilin isfənd ayında yataqxanalar bağlandıqdan sonra züddi-üfuni işləri görülüb və yenə də təmizlik işləri aparılacaq.

Behdaşt və dərman vizarətxanasının məsullarının dediyinə görə, 29 ordibeheştdən etibarən açılan danişqahlara öyrəncilərin sadəcə yüzdə 50-i gələcək, yataqxanaların da eyni şəkildə yüzdə 50-lik zərfiyəti açılacaq.

Habelə yataqxanalarda sağlamlıq qrupları yerləşdirilib. Koronovirus kimi mərizlik ortaya çixsa dərhal qərəntinəyə alınacaq. İki il bundan əvvəl Ülum vizarətxanası öyrənci Rifah Fondunun rəisi Zülfiqar Yəzdan yataqxanaların sayının az olduğunu deyib.Bunu cübran etmək üçün azı 200-ə yaxın yataqxanaya ehtiyac var. Bu müşkül həll olunmasa 50.000 öyrənci yataqxana ilə bağlı sıxıntı yaşaya bilər. Yataqxanalarının təxminən yüzdə 40-i keyfiyyət baxımından 3-cü və 4-cü dərəcədədir. Hökumət bu yataqxanaların hamısının 1398-ci ilin sonuna qədər 1-ci və 2-ci səviyyəyə qaldırılacağını vəd edib. Amma hələ də yerinə yetirilməyib.
Yataqxanaların çoxu köhnədir və təmir ehtiyacı var.

Related Articles

Bir cavab yazın

Back to top button