İran

Marağada saxta yuyucu maddələr hazırlayan müəssisə aşkarlanıb

Marağada təqəllübi yuyucu maddələr hazırlayan karqah və anbar kəşf olunub. Marağa Vilayətinin polis fərmandehinin canişini sərhəng Əli Reyhani bu barədə məlumat verib. Polis məmurları həmin müəssisəni dərhal bəlli edərək, fəaliyyətini məhdudlaşdırıblar. Axtarışlar zamanı həmin iş yerindən 12 min ədəd 500 qramlıq saxta yuyucu toz, 100 kiloqram yuyucu vasitə, 20 min ədəd boş paket, 600 boş karton və 264 kisə 50 kiloqramlıq toz kəşf olunub.
Bundan başqa, 270 kisə 50 kiloqramlıq sodium karbonat, 7 kisə kristal sodium hidroksid tozu və 4 boşqa sulfurik əsid tapılıb. Kəşf olunan maddələrin ümumi dəyəri 510 milyon tümənə bərabərdir. Habelə saxtakarlıqda şübhəli bilinən 1 nəfər saxlanılaraq barəsində hökm çıxarılması üçün məhkəməyə aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button