İran

Məhəmməd Heydərzadənin cinayət işi məhkəməyə göndərilib

Qarabağın azad edilməsini dəstəkləyən azərbaycanlı fəallardan Məhəmməd Heydərzadənin pərvəndəsi məhkəməyə göndərilib. Belə ki, Təbrizin “Beheşti” Qəzayi Müctəməsinin 16 saylı şöbəsi fəalın məhkəmə işi ilə bağlı son qərarı çıxararaq pərvəndəni Təbriz İnqilab Məhkəməsinə göndərib. Pərvəndəyə məhkəmənin 1 saylı şöbəsi tərəfindən baxış keçiriləcək.
Bildirək ki, Məhəmməd Heydərzadə İranın Qarabağ savaşında Ermənistana locistik və silah dəstəyinə qarşı Təbrizdə keçirilən etiraz mitinqində İranın əmniyyət qüvvələri tərəfindən saxlanılıb. O, “ölkənin daxili əmniyyətinə qarşı fəaliyyət məqsədilə toplaşmaq və əlbir olmaq”, habelə “ictimai nəzmi pozmaq” ittihamları ilə təqsirləndirilir.
Qeyd edək ki, İranın ittilaat-əmniyyət orqanlarının məmurları etirazlar zamanı 150-dən çox Güney Azərbaycan türkünü tutuqlayıb. Həmin şəxslərin əksəriyyəti tutularkən əmniyyət qüvvələri tərəfindən fiziki zorakılığa məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button