Azərbaycan

Suqovuşanda Erməni hərbçilərin meyiti tapılıb

Tərtər şəhristanının Suqovuşan kəndində 4 erməni nizaminin meyiti tapılıb. Bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin “iztirari hallar xidməti” açıqlama yayıb. Məlumatda bildirilib ki, axtarış işləri bu gün Talış-Suqovuşan və Füzuli-Hadrut məntəqəsində aparılır.
Qeyd edək ki, Ermənistan tərəfi Qarabağ savaşındakı gerçək itkilərinin sayını hələ də gizlədir. Savaşda itkin düşmüş nizamilərin valideynləri isə özəlliklə paytaxt İrəvanda etiraz aksiyası keçirərək övladları barədə bilgi verilməsini tələb edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button