Azərbaycan

Marağada Beynəlxalq Sərgi Salonunun layihəsinə büdcə ayrılmır

Şəhər fərmandarı layihənin başladılması üçün büdcə ayrılmadığını deyir.

Şərqi Azərbaycan əyalətinin Maraa şəhərinin fərmandarı Seyid Əli Musəvi 11 il bundan öncə layihəsi təsdiq edilən Beynəlxalq Sərgi Salonunun tikintisinin başladılması üçün münasib yer və büdcənin ayrılmadığını deyib.

“Cari günəş ilinin sonuna kimi sərgi salonunun tikintisinə yer ayrılmadığı təqdirdə layihənin icazəsi ləğv ediləcək və bundan Marağa şəhəri ziyan görəcək -deyə, hökumətin məsələyə əhəmiyyət vermədiyini bildirib.

Marağa fərmandarının planlaşdırma və inkişaf üzrə müavini Həkimə İntizari Marağa Beynəlxalq Sərgisi Salonunun layihəsinin 2000-ci ildə ildə özəl sektor investorlarının, bələdiyyənin və Həmkarlar İttifaqının iştirakı ilə başladıldığını deyərək, bu günə kimi layihənin reallaşmamasının bölgə iqtisadiyyatının tanıdılması və satışı sahəsindəki fəaliyyətlərə mənfi təsir gösərdiyini söyləyib.

Məsələ ilə bağlı açıqlama verən bələdiyyə başçısı Məhəmməd Məqtumi, bundan öncəki vədləri bir daha təkrarlayaraq sərgi salonuna münasib yer ayrılması istiqamətində tədbirlər gördüklərini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button