Bölgə

İraqda İranın dəstəklədiyi qüvvələr Amerika səfirliyinə raket atıb: 1 qadın və 2 uşaq yaralanıb

Yanvarın 13-ü axşam saatlarında İraqda İranın dəstəklədiyi yarımhərbi qüvvələri üç “Katyuşa” raketi ilə Amerikanın Bağdaddakı səfirliyinə hücum edib.

İraq ordusunun bununla bağlı yaydığı bəyanatında bildirilir ki, raketlərdən ikisi Amerika səfirliyinin hava hücumundan müdafiə sistemi tərəfindən göydə vursa da, üçüncü raket paytaxt Bağdadda hökumət binaları və xarici səfirliklərin yerləşdiyi “Yaşıl zona” da Amerika səfirliyinə  yaxın olan ibtidai məktəblərdən birinə düşüb.

Bildirilir ki, raketin məktəbə düşməsi nəticəsində bir qadın və iki uşaq yaralanıb.

Hadisədən az sonra İraq prezidenti Bərhəm Saleh İrana bağlı radikal şiə qruplaşmalarının ölkəsindəki xarici diplomatik korpuslarına qarşı raket hücumunu “Cinayətkarcasına terror aktı” adlandıraraq, terrorçuların bu kimi hücumlarla İraqın milli mənafeyinə və onun beynəlxalq imicinə zərbə vurmağa çalışdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button