Dünya

MASKDAN İSTİFADƏ ETMƏYƏNLƏR TUTULACAQLAR

Küveyt və Qətər 28 ordibehişt tarixində öz vətəndaşlarına bildiriblər ki, mask taxmasalar zindana salına və ya ağır mali cərimə olunacaqlar.
Küveytin Behdaşt Vizarəti bildirib ki, qanunu pozaraq saxlanılan şəxslər ən çox 3 ayadək zindana salına bilərlər.
Qətərin də dövlət televizyonu maskın taxılması barədə qanunu pozanlara ən çox 3 il zindan kəsilə biləcəyini bəyan edib.
Artıraq ki, Küvetdə ən çox cərimə 5 min dinar və ya 16 min dolardan bir az çox, Qətərdə isə ən çox cərimə 2 yüz min rial və ya 55 min dolar təyin olunub.
Onu da xatırladaq ki, Xəlic Həməkarlıq Şurasını təşkil edən 6 ölkə olaraq Ərəbistan, Küveyt, Qətər, Bəhreyn, İmarat və Ümmanda cəmi 137 min nəfər Kovid-19 virusuna tutulub və azından 690 nəfər bu virusdan ölüb.
İmarat isə 30 milyon cəmiyyəti olmaqla bu 6 ölkə arasında korona virusuna ən çox tutulmuş ölkədir və tutulanların sayı 54 min nəfərdən çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button