Azərbaycan

LAÇININ İŞĞALINDAN 28 İL ÖTÜR

Bu gün Azərbaycanın Laçın ostanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın ostanını ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın ostanındakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən ostanın yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
Artıraq ki, Birləşmiş Millətlət Təşkilatı əminiyyət Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Güney azərbaycan türkləri də hər zaman olduğu kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və digər qədim torpaqlarımızın keçən əsrin əvvəllərindən başlayaraq hissə-hissə erməni qəsbkarlığı tərəfindən ələ keçirilməsini hər zaman pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button