Dünya

Mayk Pens Amerika ordusunun gücündən danışıb

“Amerika ordusu prezident Donald Trampın çalışmaları nəticəsində dünyanın ən güclüsü ola bilib”. Bu sözləri Amerikanın prezidenti müavini Mayk Pens deyib. “Son 3.5 ildə silahlanmaya 300 tank qəbul edilib. Təxminən 500 F-35 qırıcısının silahlanmaya qəbulu gözlənilir. 2016-cı ildən 12 gəmi istifadəyə verilib və daha 59 gəminin istifadəyə verilməsinə hazırlaşılır”, – deyə o, bildirib. Pensin sözlərinə görə, son dörd ildə Amerika zərbə helikopterlərinin köməyi ilə difa sistemini gücləndirib. Habelə top və raket potensialını artırıb. “Biz dünya tarixinin ən güclü ordusunu yarada bildik”, – deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button