İran

Mayk Pompeo İrana qarşı sanksiyaların davam edəcəyini bildirib

“İranın raket proqramı böyük nigaranlıq doğurur. Amerika İranın raket proqramını dəstəklədiklərinə görə Çin ilə Rusiyanın dörd qurumunu təhrim edib. Biz İranın raket imkanlarını artırmasının qarşısını almaq üçün bütün təhrim vasitələrimizdən istifadə etməyə davam edəcəyik”. Bunu Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo tuiter hesabında yazıb. “İranın raket proqramı ilə ilgiləri Rusiya və Çin qurumlarının təhrim edilməsi Vaşinqtonun İranın qorxulu fəaliyyətinə verdiyi cavabın bir qismidir. Bu təsmimlər dünyanın bütün ölkələrinin İranın raket proqramını gəlişdirmək üçün göstərdiyi səylərə qarşı davamlı diqqətli olmalarının vacibliyini vurğulayır”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button