Azərbaycan

Millət Vəkili qələbə münasibətilə Traxtur Azərbaycanı təbrik etdi

Azərbaycanın “Traxtur” futbol timinin İran camının qazanmasından sonra millət vəkili Qənirə Paşayeva timi təbrik edib. Bununla ilgili Azərbaycan Milli Məclisinini Mədəniyyət Komitəsinin sədri feysbuk hesabında paylaşım edib:
“Möhtəşəm qələbəsi və uğuru münasibətilə gözəl Təbrizimizin əziz “Traxtur” timini təbrik edirəm! Ən böyük tərəfdarlardan biri olaraq “Traktur”un qələbəsinə bütün azərbaycanlıların sevindiyinə əminəm. İnşallah bir gün sizin oyunu canlı izləmək də nəsib olar. Uğurlar, əziz Traktor! Sən bizim üçün bir futbol timindən daha böyük mənalar daşıyırsan. Hər zaman qələbələrin bol olsun!”
Qeyd edək ki, septambrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol timi Tehranın “İstiqlal” timi ilə yarışıb. Məşhəd şəhərində keçirilən yarışmada “Traxtur” 3:2 hesabı ilə qalib olub.

Related Articles

Bir cavab yazın

Back to top button