İran

Milli fəal Həkimə Əhmədi Təbriz zindanına köçürülüb

Güney azərbaycanlı milli mədəni fəal Həkimə Əhmədi son difaiyyəsini etmək üçün Təbrizin Bazpürsi İdarəsinin 16-cı şöbəsinə çağırılıb. Daha sonra qanunsuz olaraq Təbrizin 11-ci Polis Bölməsinə, oradan da Təbriz zindanına köçürülüb. Bildirək ki, fəalın zindana köçürülməsindən öncə müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümənlik vəsiqə qoyulub. Hazırda da qoyulmuş vəsiqə məhkəmənin nəzdindədir. Amma Təbrizin Bazpürsi İdarəsi 16-cı şöbəsinin rəisi Həkimə Əhmədinin müvəqqəti azad olunması üçün yenidən 100 milyon tümənlik vəsiqə qoyulmasını istəyib. Fəal məhəkəməyə zəmanət vəsiqəsi verilməsi üçün başqa bir sənəd hazırlaya bilməyib. Bu səbəblə də qanunsuz olaraq Təbriz zindanına təhvil verilib.

Related Articles

Bir cavab yazın

Back to top button