Dünya

Amerika Çinin Uyğurlara qarşı münasibətini qınayıb

Amerika hakimiyyəti yenidən Çin Xalq Cümhuriyyətinin Sinszyan-Uyğur muxtar vilayətindəki uyğurların durumu barədə narahatlığını ifadə edib. Bu barədə TASS-a Amerika Dövlət Dəfərinin nümayəndəsi bildirib. “Çin Xalq Cümhuriyyətinin hakimiyyəti beynəlxalq nəzarətçilərə şokedici iddialarla, eləcə də Sinzyandakı başqa vəhşiliklərlə ilgili yubanmaz və müstəqil araşdırmaların aparılmasına icazə verməlidir. Biz ardıcıl olaraq müttəfiqlərlə birlikdə bu qəddarlığı pisləyəcəyik, təqsirkarların məsuliyyətə cəlb edilməsi və gələcəkdə sui-istifadələrin qarşısının alınması üçün müvafiq vasitələri nəzərdən keçirəcəyik”, -deyə Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib. Qeyd edək ki, janviyənin 19-da Amerika hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini soyqırım və insanlıq əleyhinə cinayətlər adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button