Azərbaycanİran

Milli fəala qarşı qanunsuzluq edilir

Güneyli milli fəal Mahmud Ocaqlu İran məhkəməsinin qanunsuz luqları ilə üzləşib.

Onun müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılması üçün girov qoyulmasına baxmayaraq, İran məhkəmə sistemi milli fəalın bu hüquqdan istifadə etməsinə icazə vermir.

11 dekabr 2022-ci ildə tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən həbs edilən azərbaycanlı fəal Mahmud Ocaqlı bu müddət ərzində ailəsi ilə bir dəfə qısa müddətli telefon əlaqəsi saxlaya bilib.

Onun durumu, saxlanılma şərayiti və ittihamları barədə yaxınlarına məlumat verilmir.

Qeyd edək ki, Mahmud Ovaqlu ana dili hərəkatı fəallarındandır və 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button