İran

Milli Fəalın həbsdən azad edilməsi üçün zəmanət istənilib

Güney Azərbaycanın Marağasından olan milli mədəni fəal Muxtar İbrahimiyə 500 milyon tümən dəyərində vəsiqə istənilib.
Fəalın yaxınlarından aldığımız bilgilərə görə, ittilaat məmurları onun pərvəndəsinin bir həftə qabaqcadan məhkəməyə göndəriləcəyini deyiblər. Amma bu iş bir həftə sonra baş tutub.
Xatırladaq ki, “Artan” ləqəbi ilə tanınan Muxtar İbrahimi 1399-ci il şəhrivərin 5-i İttilaat məmurları tərəfindən tutuqlanıb. Onun həbsi haqda hələ də bir məlumat verilməyib. Məmurlar fəalın bir çox şəxsi əşyalarını da özləri ilə aparıblar.
Bildirək ki, İbrahimi Azərbaycan türklərinin mədəni mübarizəsi ilə bağlı fəaliyyətinə görə dəfələrlə saxlanılıb.
Qeyd edək ki, son zamanlar Marağa şəhərinin İttilaat idarəsi milli fəallara basqılarını artırıb. Bununla bağlı şəhrivərin 26-ı bir neçə milli fəal, o cümlədən Davud Əzimzadə, Hamid Yeqanəpur, Məhəmməd Əbbaspur İttilaat idarəsinə çağırılıblar. Bilgilərə dayanaraq, fəallar İttilaat idarəsində saatlarla sorğu-suala çəkildikdən sonra təhdid edilib və azad ediliblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close