Azərbaycan

Ərdəbildə panfarsistlərin toplanışına qarşı aksiya keçirilib

Milli-mədəni fəallar şəhərin bütün məhəllələrində bildiriş və elamiyyələr yayıblar.

Martın 11-də ərdəbil şəhərinin milli-mədəni fəalları Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı, panfarsist və radikal miliyyətçi çıxışları ilə tanınan Qulaməli Həddad Adilin Ərdəbilə səfər etməsinə etiraz əlaməti olaraq şəhərin bütün məhəllələrində divar yazıları yazıb, yazılı vərəqə və bildirişlər yayıblar.

Həddadi Adil Ərdəbilin cümə imamı Həsən Amulinin dəvəti ilə martın 12-də keçiriləcək Nizami Gəncəvinin anım mərasimində çıxış etmək üçün bu şəhərə səfər edib.

“Bizə öz ana dilimizdə oxumağı qadağan edən, ana dilimizi məhv etmək üçün əllərindən gələni edənlər Azərbaycan oğlunun anım mərasiminə qatılmaq üçün bu diyara səfər edirlər. Ərdəbil bu ləkəni qəbul etmir və bu yurdun övladları düşmənlərinin bu torpaqda olmasını istəmir”-deyə, bildirşlərdə yazılıb.

Bununla yanaşı şəhər divarlarında “ölüm olsun faşistə”, “Həddad Adil fars şovinistidir” məzmunlu yazılar yazılıb, qrafitlər çəkilib.

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonuna kimi tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışların təşkil ediləcəyi bildirilir.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Mədəniyyət və İrşad İdarəsi Nizaminin farslaşdırılması yönündə panfarsist və radikal fars miliyyətçilərinin təbliğat işlərinin əsas ağırlığını öz üzərinə götürməsi və xüsusi fədakarlığı ilə seçilir.

Bununla yanaşı martın 7-də  Fars Dili Akademiyasının başçı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə koordinasiya Şurasının toplantısında İranın Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dilini qorumaq üçün polisin xidmətindən istifadə ediləcəyini deməsi qeyri-dfars xalqların nümayəndələrinin hiddətinə səbəb olub.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button