BölgəDünya

“Türkiyə beş ən böyük ticarət tərəfdaşımızdan biridir”– İsrail müdafiə naziri

Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşən İsrail müdafiə naziri Benni Qants çıxışına Türkiyədə olmaqdan məmnunluğunu ifadə etməklə başlayıb.

Qants ev sahibliyi üçün Türkiyəyə təşəkkür edərək “bu, qarşıdakı müsbət inkişaflar üçün açıq bir siqnaldır” deyib.

“Münasibətlərimizin sınaqlarla üzləşdiyi sirr deyil” deyən israilli nazir Türkiyənin ölkəsinin beş ən böyük ticarət tərəfdaşından biri olduğunu bildirib: “Qapılar açılıb və ticarət, turizm, sənaye və daha çox sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Türkiyə və İsrail tarixdə zəngin təməl üzərində müasir və qabaqcıl cəmiyyətlər qurublar.

Gələcəyimiz ümidvericidir. Lakin bu, dünyada və regionda sabitliyi və təhlükəsizliyi qoruyacaq ortaq maraqlarımızdan asılıdır. Hörmətli nazirlə görüşümüzdə müzakirə etdiyimiz kimi, gələcəkdə əməkdaşlıq üçün çoxlu sahələr var. Bura bölgəmizdəki mübahisələrin diplomatik həllinə nail olmaq da daxildir”.

“Bir gözümüz uğurumuza yönəlib, digəri isə ortaya çıxan təhlükələri izləyir” deyən Qants əlavə edib: “Bu il yaxın və məxfi təmas nəticəsində biz Türkiyədəki İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı təhdidləri aradan qaldırmağa nail olduq. Prezident Ərdoğana, nazir Akara və təhlükəsizlik orqanlarına minnətdarıq. İnanıram ki, günahsız dinc insanlara qarşı terrorizmi dəstəkləyərək və ya həyata keçirərək bölgələrimizdə sabitliyi pozanların təsirini azaltmaq üçün birlikdə daha çox şey edilə bilər.

Bu, Fələstin arenasına da aiddir və mən əminəm ki, ölkələrimiz arasında daha dərin müdafiə əlaqələri bu sahədə də inkişafa müsbət təsir göstərə bilər”.

Qants bildirib ki, narahatlıq yaradan təhdidlərdən biri də İrandır: “Şübhə yoxdur ki, NATO üzvü və ortaq dostumuz ABŞ-ın müttəfiqi olan Türkiyənin qlobal sabitliyin təmin edilməsində mühüm rolu var. Yunanıstan, Kipr və Körfəz ölkələrindəki dostlarımızla güclü tərəfdaşlığımızı davam etdirərkən Türkiyə ilə də əlaqələrimiz müsbət istiqamətə yönəlib.

Əslində, biz bütün maraqlı tərəflərin xeyrinə körpülər qura və münaqişələri azalda bilərik. İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Danışıqlarımızda razılaşdırıldığı kimi, komandama səylərimizi artırmaq üçün lazımi prosedurları başlatmağı tapşırmışam”.

Related Articles

Bir cavab yazın

Back to top button