İran

Milli fəal Şahin Bərzgər həbs olunub

Şahin Bərzgər 2019-cu ilin novambr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə saxlanılmışdı.

Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatının həbsxanasında saxlandıqdan sonra fevriyyənin 24-də 600 milyon tümən dəyərində vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Ötən ilin aqust ayında Şərqi Azərbaycan təcdid-nəzər məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya azaldılıb və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəz edilmişdi.

Bununla yanaşı daha əvvəl Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət vermişdi.

Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə əmniyyət qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif baqılara məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button