az

Milli fəal Yaşar Piri müvəqqəti azadlığa buraxılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Yaşar Piri 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

“Qardaşımın məhkəmə işi ilə bağlı tanımadığım bir şəxsə 30 saniyəlik zəng etdiyim üçün məni “məhkəmə orqanı işçilərinə təsir etmək” ittihamına görə saxlayıblar.

Həmin şəxs prokurorluqda dediyim məsələni olduğu kimi səsləndirdikdən sonra məni 200 milyon tümən girov qarşılığında sərbəst buraxıblar”,-deyə, Yaşar Piri özünün sosial media hesabında yazıb.

Yaşar Piri ilə eyni gündə saxlanılan başqa fəal Siyavuş Əlizadənin yaxınlarının verdiyi məlumata görə, o da, 300 milyon tümən girov qarşılığında azadlığa buraxılıb.

Qeyd edək ki, adı çəkilən fəallar avqustun 17-də Təbriz Şəhər Kəşfiyyat İdarəsinin 37-ci otağına çağırıldıqdan sonra həbs olunub.

Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində onlara qarşı ittiham irəli sürüldükdən sonra Təbriz mərkəzi zindanına köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button