Azərbaycanİran

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

Güney Azərbaycan milli hərəkatının milli fəalları Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlanılaraq istintaq edildikdən sonra müvəqqəti sərbəst buraxılıblar.

Milli fəalların mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs edildiyi bildirilir.

Lakin onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, eyni gündə adı çəkilənlərdən başqa daha bir neçə milli fəal saxlanılıb.

Ehtimal olunur ki, onlar 22 may qiyamının ildönümündə aksiyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə təcrid edilib.

Related Articles

Bir cavab yazın

Back to top button