Azərbaycan

“Miyanada səhiyyə acınacaqlı durumdadır”-Millət vəkili naziri tənqid etdi

"Miyanada səhiyyənin durumu acınacaqlıdır"- Bunu Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki nümayəndəsi Mürtəza Hüseyni bildirib.

Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki nümayəndəsi Mürtəza Hüseyni bölgədə səhiyyə durumunun acınacaqlı durumda olduğunu deyib və buna görə səhiyyə nazirini tənqid edib.

“Miyana şəhərində səhiyyənin vəziyyəti, laboratoriya avadanlığı, imkanları və xəstələrə xidmət baxımından çox acınacaqlıdır”-deyə, Hüseyni Səhiyyə Nazirliyinin bölgəyə laqeyd münasibət bəslədiyini bildirib.

O, şəhərdə olan iki xəstəxananın standartlara uyğun olmadığını, xəstələrə düzgün xidmət göstərilmədiyini qeyd edərək problemin həlli üçün Miyananın səhiyyə sahəsinə büdcə ayrılmasının vacibliyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button