Azərbaycan

Təbriz və Urmuda çörək bahalaşdı

Güney Azərbaycanın Təbriz və Urmu şəhərlərində çörəyin bahalaşması narazılığa səbəb olub.

“Mehr” agentliyi bəzi çörəkçilərin qiymətləri özbaşına qaldırdığını yazıb.

“Təbrizdə çörəyin bahalaşmasına dair hələ bir xəbər eşidilməyib. Lakin buna baxmayaraq, bəzi çörəkçilərin çörəyin qiymətini özbaşına qaldırması və çörəkxanaların ara-sıra qapalı olması əhali arasında narazılığa səbəb olub”-agentlik yazır.

“Çörəyin qiymətinin sabit olmaması və bəzi çörəkçilərin un kvotalarını azad bazarda satması hazırda Təbrizin qarşı-qarşıya olduğu problemlərdən biridir”-deyə, agentliyin xəbərində yazılıb.

Urmuda isə Çörəkçilər Birliyinin sədri Allahverdi Həsənzadə bəzi çörəkçilərdə çörəyin qiymətinin qalxdığını təsdiq edib.

“Urmuda çörəyi təsdiq olunmuş tarifdən daha bahaya satan çörəkçilər qanunu pozurlar. Onlarla bağlı lazımi tədbir görüləcək,”-deyə Həsənzadə bildirsə də, çörəkçilər un qiymətlərinin hökumət tərəfindən qaldırıldığı üçün buna məcbur olduqlarını deyirlər.
Qeyd edək ki, bundan bir neçə gün öncə Ərdəbil əyalətində də öncədən elan olunmadan çörəyin qiymətinin 25 faiz bahalaşması əhalinin etirazlarına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button