İran

Mossad: SEPAH-ın Qüds qanadının Afrikada İsrailə qarşı hücumları baş tutmadı

"İsrail 12" televizyon kanalı bu üç ölkənin Tanzaniya, Seneqal və Qana olduğu barədə xəbər verib.

İsrailin Xarici İttilaat Qurumu – Mossad SEPAH-ın Qüds qanadı tərəfindən Afrikanın üç ölkəsində israilli turistlərə və iş adamlarına qarşı hazırlanmış hücum planını aşkarlayaraq qarşısını aldığını bildirib.

“İsrail 12” televizyon kanalı bu üç ölkənin Tanzaniya, Seneqal və Qana olduğu barədə xəbər verib.

Habelə əldə olunan bilgiyə görə, adları qeyd olunan üç ölkənin ittilaat idarələrinə bilgi gəlməsi ilə 5 şübhəli şəxs tutularaq sorğuya alınıb.

“İsrail 12” televizyonunun məlumatına görə, hadisədə şübhəli bilinən şəxslər Qüds qanadının başçısı İsmail Qaani tərəfindən öncə Lubnana “dini təhsil” almaq adı altında göndərilib. Daha sonra sözügedən şəxslər planı həyata keçirmək üçün adları çəkilən üç Afrika ölkəsinə göndəriliblər.

Xatırladaq ki, İran rejimi iranlı atom bilim adamı Mohsen Fəxrizadənin öldürülməsində İsrail rejimini günahkar sayır. Görünən odur ki, Tehran rejimi bütün bu səyləri ilə İsrailə qarşı böyük zərvələr vurmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button