Dünya

Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib 

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. AZNEWS.TV xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MƏRKƏZI SEÇKI KOMSIYASI) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.

MƏRKƏZI SEÇKI KOMSIYASI-nın məlumatına görə, 1 281 911 rəy vərəqəsi sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının yüzdə 53.92 (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə yüzdə 21.04 (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku yüzdə 5.23 (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə yüzdə 3.96 (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – yüzdə 1.22 (15 557 seçici), Erməni Milli Konqresi – yüzdə 1.54 (19 647 seçici) səslə onların ardınca gəlir.

Artırmalıyıq ki, Paşinyanın yenidən Ermənistanın baş vəziri seçilməsi “erməni millətinin rusçuluğun bəyənmədiyi” kimi yozula bilər. Azərbaycana qarşı 44 günlük savaşdaki məğlubiyyətə eləcə də Paşinyana qarşı ölkənin təslim olmasına dair ittihamlara görə millətin qəzəbini nəzərə alaraq, vətənpərvərlik söyləməsinə və təklifinə baxmayaraq, seçki qutusundakı belə bir siyasi yanaşmanı düşünməyə dəyər. Müxalifət partiyaları tərəfindən bunun Qərbçiliyin Rusizmə nisbi üstünlüyünün açıq bir göstəricisi olduğunu bildirdilər. Qeyd edək ki, Köçəryan partiyası seçki kampaniyasında “İsa məsihin övladları, antitürkçülük və itirilmiş ərazilərin qaytarılması vədəsi” kimi dini və milli anlayışlara meydana çıxmasına baxmayaraq, görünür ki Ermənistan xalqı rmənistan xalqı bölgədəki reallaıqla məntiqi surətdə barışıb və irqçı fikirlərlə Böyük Ermənistan röyasında yaşamaqdan yorulublar.

Related Articles

Bir cavab yazın

Back to top button